Polşa rəsmisi: ABŞ olmadan Ukraynaya hərbi dəstəkdə Avropa yetərsiz qalacaq- ÖZƏL
4 İyun 2025 14:36 DünyaAvropa Birləşmiş Ştatlar Ukraynaya hərbi yardımını dayandıracağı təqdirdə, onun yerini tam şəkildə doldura bilməyəcək. Olaylar.az xəbər verir ki, bu fikirləri Polşanın Milli Təhlükəsizlik Bürosunun rəhbəri Dariuş Lukovski "Rzeczpospolita" qəzetinə verdiyi müsahibədə bildirib.
"Əgər amerikalılar hərbi yardımı davam etdirməsələr, bu, uzunmüddətli perspektivdə Ukraynaya effektiv dəstək baxımından ciddi problem yaradacaq", - deyə Lukovski vurğulayıb.
O, Avropa ölkələrinin yaxın zamanda silahlanma sahəsində qəbul etdikləri proqramların nəticələrinin hiss olunmasının vaxt alacağını qeyd edib. Polşalı generalın sözlərinə görə, Rusiya Avropa ilə müqayisədə sursat istehsalı sahəsində "nəhəng üstünlüyə" malikdir.
Bununla yanaşı, Lukovski bildirib ki, ABŞ-nin Polşadakı hərbi varlığını azaltması gözlənilmir. Çünki Varşava Amerika ordusu üçün əlverişli şərait yaradır.