Cənubi Koreyanın yeni prezidenti əvvəlki hökumətin istefasını qəbul etmədi- ÖZƏL
4 İyun 2025 14:01 DünyaCənubi Koreyanın yeni seçilmiş prezidenti Li Cae Myon əvvəlki hökumətin istefasını qəbul etməyib. Olaylar.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb. Məlumata görə, prezident yalnız ədliyyə naziri Pak Son Cenin istefasına razılıq verib.
Qeyd olunur ki, seçkilərdən sonra vitse-premyer Li Cu Ho başda olmaqla bütün nazirlər kabineti istefa ərizəsi təqdim etmişdi. Li Cu Ho prezident səlahiyyətlərini müvəqqəti icra edirdi və eyni zamanda təhsil naziri vəzifəsini tuturdu.
Prezident Administrasiyası Li Cae Myonun bu qərarını dövlət idarəçiliyində sabitliyi qorumaq arzusu ilə izah edib. "Yonhap" bildirir ki, yeni kabinetin formalaşdırılması həftələr çəkə bilər.
Xatırladaq ki, daha əvvəl parlament ədliyyə naziri Pak Son Ceyə impiçment elan etmişdi, lakin Konstitusiya Məhkəməsi bunu təsdiqləməmişdi.
Li Cae Myonun prezident seçkilərində qalib gəldiyi Mərkəzi Seçki Komissiyası tərəfindən 4 iyun səhəri elan edilib və o, dərhal vəzifəsinin icrasına başlayıb. Bu seçkilər sabiq prezident Yun Sok Yolun impiçmenti səbəbilə keçirilib və adi hallardan fərqli olaraq, keçid dövrü nəzərdə tutulmayıb.