Zaxarova: “Berbokdan BMT-də özünüreklam gözlənilir”– ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya XİN sözçüsü Mariya Zaxarova bildirib ki, Annalena Berbokun BMT Baş Assambleyasının 80-ci sessiyasına sədr seçilməsi onun şəxsi maraqlarına xidmət edə bilər.

Zaxarova deyib ki, Berbok diplomatiyaya dolayısı yolla gəlib və "Almaniya üçün utancverici fiqur" kimi qiymətləndirilir.

O, Berbokun sədrliyi dövründə birtərəfli yanaşmanın və özünüreklamın üstünlük təşkil edəcəyini vurğulayıb.

DPA-nın məlumatına görə, Berbok bu vəzifədə vergilər çıxılmadan ayda 13 min avro maaş alacaq.

Siyasi ekspert Yevgeni Mixaylov isə bu seçimi BMT-dəki böhranın əlaməti sayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31