Tramp: Avtopen qalmaqalı ABŞ tarixində ən böyük siyasi skandallardan biridir – ÖZƏL
4 İyun 2025 13:17 DünyaOlaylar.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp, keçmiş prezident Co Baydenin adından avtopenlə sənədlərin imzalanmasını "2020-ci ilin saxtalaşdırılmış seçkilərindən sonra ən böyük siyasi skandal" adlandırıb. Trampın sözlərinə görə, Bayden tərəfindən 2 500 nəfər, o cümlədən ailə üzvləri üçün verilmiş əfv qərarları hüquqi qüvvəyə malik deyil, çünki bu sənədlər avtopenlə, onun xəbəri olmadan imzalanıb.
ABŞ Konqresi dörd Ağ Ev rəsmisinin Baydenin adından avtopendən istifadə etdiyini təsbit edib. Ədliyyə Nazirliyi 3 iyun tarixində Baydenin prezidentlik dönəminin son günlərində ailə üzvlərinə və 37 məhkuma verdiyi əfv qərarları ilə bağlı araşdırmaya başlayıb. İstintaqın məqsədi sənədlərin Baydenin xəbəri olmadan imzalanıb-imzalanmadığını müəyyənləşdirməkdir.
Xatırladaq ki, 2024-cü ilin dekabrında Bayden vergi yayınması və silah qanunlarının pozulması ilə bağlı ittiham olunan oğlu Hanteni də əfv etmişdi.