Tramp: “Si Cinpinlə münasibətim yaxşıdır, amma onunla razılaşmaq çox çətindir” – ÖZƏL
4 İyun 2025 12:33 DünyaABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə şəxsi münasibətlərinin yaxşı olduğunu, lakin onunla razılaşma əldə etməyin son dərəcə çətin olduğunu bildirib.
Olaylar.az xəbər verir ki, Tramp bu barədə "Truth Social" platformasında paylaşım edib: "Mən Çin prezidenti Si Cinpini sevirəm və hər zaman da sevmişəm, amma o çox sərtdir və onunla razılaşmaq son dərəcə çətindir".
İyunun 2-də Ağ Evdən verilən məlumata görə, bu həftə Tramp və Si Cinpin arasında telefon danışığı baş tuta bilər. Mayın 30-da Tramp iki lider arasında danışıqların aparılacağını və ticarət məsələlərinin həll ediləcəyini açıqlamışdı.
ABŞ son dövrlərdə Çin mallarına tətbiq etdiyi tarifləri üç dəfə artıraraq 145%-ə çatdırıb. Cavab olaraq, Çin də ABŞ mallarına 125%-ə qədər tarif tətbiq edib. Mayın 10-11-də İsveçrədə keçirilən danışıqlardan sonra iki ölkə 2025-ci il mayın 14-dən qarşılıqlı tariflərin azaldılmasına razılaşıb.