ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları ilə bağlı qanun layihəsi qəbul edilməyə hazırdır - ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Kit Kelloq bildirib ki, Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsi Senatda qəbul üçün hazırdır.

O, senator Lindsi Qrem ilə son söhbətinə istinad edərək, bu təşəbbüsün "2025-ci il Rusiyaya qarşı sanksiyalar haqqında qanun" adlandırıldığını və artıq qanunvericilərin bu addıma hazır olduqlarını deyib.

Kelloq Fox News-a verdiyi müsahibədə qeyd edib ki, söhbət "çox sərt" məhdudiyyətlərdən gedir.

Xatırladaq ki, 3 iyun tarixində Ağ Evin mətbuat katibi Karolin Levit ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək imkanını qoruyub saxladığını bəyan etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31