Xamenei: “Uranın zənginləşdirilməsi İrana müstəqilliyini qorumağa imkan verir”- ÖZƏL
4 İyun 10:58 DünyaOlaylar.az xəbər verir ki, İranın ali dini lideri Ayətullah Əli Xamenei bildirib ki, uranın zənginləşdirilməsi ölkənin müstəqilliyinin qorunması baxımından həyati əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu prosesdən imtina etmək İranın atom sənayesini mənasız hala gətirəcək və ölkəni digər dövlətlərdən asılı vəziyyətə salacaq.
"Zənginləşdirmə imkanımız olmasa, atom sənayesi bizim üçün əhəmiyyətini itirər. Atom elektrik stansiyaları qurmaq üçün əl açıb başqalarından yardım istəməli olarıq. Bu, sanki neftə sahib olmaq, amma onu öz ərazində emal edə bilməmək kimidir. Neftin var, amma benzini başqalarından almaq məcburiyyətindəsən", - deyə Xamenei vurğulayıb.
O, İranın öz nüvə proqramını inkişaf etdirməsinin ölkənin texnoloji və strateji müstəqilliyi üçün vacib olduğunu da əlavə edib.