Si Cinpin: Çin Minsk-Pekin münasibətlərinə strateji baxımdan yanaşır – ÖZƏL
4 İyun 10:38 DünyaÇin Belarusla münasibətlərin inkişafına strateji əhəmiyyət verir.
Olaylar.az xəbər verir ki, bu barədə Çin lideri Si Cinpin Pekində Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşdə bildirib.
"Çin və Belarus həqiqi dost və yaxşı tərəfdaşlardır, tərəflər daim bir-birinə səmimi və etimadla yanaşıblar," - deyə Si Cinpini sitat gətirən Çin Mərkəzi Televiziyası (CCTV) qeyd edib. O vurğulayıb ki, Çin iki ölkə arasındakı münasibətlərə daim strateji yanaşma və uzunmüddətli baxışla yanaşır.
Si Cinpin əlavə edib ki, Çin Minsk ilə qarşılıqlı faydalı əməkdaşlığın və ikitərəfli münasibətlərin davamlı inkişafına töhfə verməyə hazırdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31