Kiyev üçün tarixi gün: Zelenski hazırlıq görür
4 İyun 10:21 DünyaNATO-nun baş katibi Mark Rutte Ukrayna Prezidenti Volodimir Zelenskini Alyansın sammitinə dəvət edib.
Olaylar.az xəbər verir ki, bu barədə "Algemeen Dagblad" qəzeti məlumat yayıb.
Bildirilib ki, tədbir 24-25 iyun tarixlərində Haaqada keçiriləcək.
"Zelenski ABŞ Prezidenti Donald Tramp və digər NATO liderlərinin olacağı kral sarayında şam yeməyində iştirak edə bilər", - deyə nəşr əlavə edib.
Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Zelenskinin NATO sammitinə dəvət edilməsinin əleyhinə olduğunu bildirilmişdi.
Ötən gün Mark Rutte isə Kiyevin Alyansa üzvlüyünə razılıq verildiyini xatırlatmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31