Britaniya NATO-nun nüvə strategiyasında daha fəal rol almağa çalışır – ÖZƏL

Britaniya hökuməti NATO-nun nüvə caydırıcılıq strategiyasında daha böyük rol oynamağa çalışır. 

Olaylar.az xəbər verir ki, Bloomberg-in hökumət mənbəsinə istinadən verdiyi xəbərə görə, London bu məqsədlə nüvə silahı daşıya bilən qırıcı təyyarələrlə silahlanmağı planlaşdırır.

Mənbənin sözlərinə görə, bu addım ABŞ-nin alyansa bağlılığı ilə bağlı yaranan suallar fonunda atılır. Berlində yerləşən Pacific Forum-un baş elmi əməkdaşı Uilyam Alberque bildirib ki, Britaniyanın nüvə imkanlarını artırması və Avropada bu məsələyə artan diqqət ABŞ-nin nüvə müdafiəsi öhdəliklərindən uzaqlaşacağına dair narahatlıqlarla əlaqəlidir.

Daha əvvəl yayılan məlumatlara görə, Britaniya ABŞ istehsalı olan B61 nüvə bombalarını daşıya bilən F-35A qırıcı təyyarələrini almaq üçün danışıqlar aparır. Bu təyyarələr hazırda yalnız ABŞ-nin Trident II (D5) raketləri ilə silahlanmış dörd "Vanguard" tipli sualtı qayıqla məhdud olan Britaniyanın nüvə imkanlarını gücləndirməyə yönəlib.

Baş nazir Keir Starmer bu həftənin əvvəlində bildirib ki, Avropada artan gərginlik fonunda Britaniya ordusunun döyüş hazırlığını təmin etmək məqsədilə müdafiə xərclərini artırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31