ABŞ Senatının Rusiya müdaxiləsi ilə bağlı hesabatı saytdan silindi- ÖZƏL

ABŞ-nim Senat Kəşfiyyat Komitəsinin rəsmi saytında yerləşdirilmiş, Rusiyanın 2016-cı il prezident seçkilərinə guya müdaxiləsini əks etdirən hesabat artıq əlçatan deyil. Olaylar.az xəbər verir ki, bu barədə Newsweek jurnalı məlumat yayıb.
Məqaləyə əsasən, bu məsələni ilk olaraq amerikalı internet istifadəçiləri diqqətə çatdırıblar. Onların qeyd etdiyinə görə, hesabatın keçidinə daxil olduqda "tapılmadı" (not found) yazısı çıxır. Sənədin ən son 13 may tarixində əlçatan olduğu bildirilir.
Xatırladaq ki, ABŞ Donald Tramp 2021-ci ildə Pulitzer mükafatı komitəsindən The New York Times və The Washington Post qəzetlərinə 2018-ci ildə verilmiş mükafatların geri alınmasını tələb etmişdi. Tramp bəyan etmişdi ki, bu qəzetlərin Rusiya müdaxiləsi ilə bağlı araşdırmalar əsasında dərc etdiyi yazılar şübhəli mənbələrə, xüsusilə də Britaniya xüsusi xidmət orqanlarının sabiq əməkdaşı Kristofer Stilin hazırladığı "dosye"yə əsaslanıb və bunlar sonradan etibarsız sayılıb.
2023-cü ilin may ayında isə ABŞ-ın keçmiş xüsusi prokuroru Con Darem hesabat yayaraq, Federal Təhqiqatlar Bürosunun (FTB) Tramp və Rusiya arasında əlaqələrin araşdırılmasına qeyri-adi və əsasız şəkildə başladığını bildirib. Onun sözlərinə görə, ABŞ kəşfiyyat orqanlarının təqdim etdiyi məlumatlar bu cür istintaqa başlamaq üçün kifayət etməyib.
Bu hadisə, ABŞ-də 2016-cı il seçkiləri ilə bağlı yaranmış mübahisəli mühitin və siyasi gərginliyin hələ də tam aradan qalxmadığını göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31