Zurabişvili: Gürcüstanda repressiyaların yeni dalğası hakimiyyətin zəifliyini göstərir – ÖZƏL
3 İyun 15:44 DünyaOlaylar.az xəbər verir ki, Gürcüstanın 5-ci prezidenti Salome Zurabişvili bəyan edib ki, media üzərində söz yasaqları və ifadə azadlığının məhdudlaşdırılması cəhdləri "Oruell qanunlarını" xatırladır və cəmiyyətin susdurulmasına yönəlib. Onun sözlərinə görə, bu cəhdlərə baxmayaraq, ictimai müqavimət davam edir və hakimiyyət bunu dayandıra bilmir.
Zurabişvili bildirib ki, hazırkı repressiyalar hakimiyyətin zəifliyini nümayiş etdirir və "Müqavimət Platforması"nın əsas tələbləri dəyişməz olaraq qalır: yeni parlament seçkilərinin keçirilməsi və siyasi məhbusların azad olunması.
O əlavə edib ki, bu seçkilər hakim "Gürcü Arzusu" partiyasının rəhbəri Bidzina İvanişvilinin və Dövlət Təhlükəsizlik Xidmətinin nəzarəti altında olmamalıdır. Zurabişvili cəmiyyətə çağırış edərək, birlik və mübarizənin davam etdirilməsinin vacibliyini vurğulayıb.