Estoniya ABŞ və Almaniya vətəndaşlarının üzərindəki "Georgi lenti"ni müsadirə edib- ÖZƏL

Estoniya sərhədçiləri ölkəyə giriş zamanı ABŞ və Almaniya vətəndaşlarının şəxsi əşyalarının yoxlanılması zamanı onların üzərində aşkar edilmiş "Georgi lentini" müsadirə ediblər. Olaylar.az xəbər verir ki, bu barədə Estoniyanın dövlət radio və televiziya portalı ERR məlumat yayıb.
Məlumata görə, Narva sərhəd-keçid məntəqəsində amerikalı turistin üzərində Georgi lenti aşkarlanıb. Sərhədçilər ona izah ediblər ki, bu cür simvollar Estoniyada qadağandır. Şəxs lentdən imtina etməyə məcbur olub, əks halda ölkəyə buraxılmayacaqdı. Oxşar hadisə Almaniya vətəndaşı ilə də Estoniyanın cənub sərhədində baş verib.
Qeyd edək ki, 21 aprel 2022-ci ildə Estoniya parlamenti "düşmənçilik simvollarının" nümayişinə qadağa qoyan qanun layihəsini qəbul edib. Bu qanuna əsasən, Georgi lentinə, eləcə də "Z" və "V" hərflərinə, həmçinin Qələbə Günü ilə əlaqələndirilən simvollara qadağa qoyulub. Fiziki şəxslər üçün bu simvolların nümayişinə görə 1200 avro, hüquqi şəxslər üçün isə 32 min avro məbləğində cərimə nəzərdə tutulub. Bundan əlavə, Tallin şəhərində Rusiya və SSRİ bayraqları da "düşmənçilik simvolları" siyahısına daxil edilib. Rəsmilər bu qərarı belə simvolların "cəmiyyətdə nifrət oyada biləcəyi" ilə əsaslandırıblar.
Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu qərara münasibət bildirərək qeyd edib ki, "Estoniyada hakimiyyətdə olan millətçi elita ilə Kiyev rejimi arasında ideoloji yaxınlıq heç bir təəccüb doğurmur." Onun sözlərinə görə, "hər iki tərəf Şuxeviç, Bandera və Waffen-SS tərkibində döyüşən eston canilərini chr("39")azadlıq qəhrəmanlarıchr("39") kimi təqdim etməyə çalışır."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31