Aİ: Gürcüstanın Avropa İttifaqına inteqrasiyası təhlükə altındadır – ÖZƏL
3 İyun 14:48 DünyaAvropa İttifaqının genişlənmə üzrə ali nümayəndəsi Marta Kos bildirib ki, Gürcüstanın Aİ-yə üzvlük yolunda geriləmə müşahidə olunur.
Olaylar.az xəbər verir ki, bu fikri o, Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin fövqəladə iclasında səsləndirib.
Kos qeyd edib ki, Gürcüstanda qəbul olunan "xarici agentlərin qeydiyyatı haqqında" qanun və digər hüquqi aktlar ölkənin demokratik əsaslarını təhdid edir: "Minlərlə insan Aİ bayrağı altında yürüşlər edərkən, hakimiyyət əks istiqamətdə hərəkət edir. Bu qanunlar demokratiyadan ciddi geriləmədir".
Onun sözlərinə görə, Gürcüstanın Aİ-yə inteqrasiyası yalnız demokratiyadan sapmanı aradan qaldırmaq üçün ciddi addımlar atıldıqdan sonra yenidən gündəmə gətirilə bilər: "Bu məsuliyyət tamamilə Gürcüstan hakimiyyətinin üzərindədir".