Tramp administrasiyası diqqəti Ukraynadan Asiyaya yönəltmək istəyir- ÖZƏL

ABŞ prezidenti Donald Trampın administrasiyası diqqəti Ukrayna münaqişəsindən Asiya-Sakit Okean regionuna və Çinlə rəqabətə yönəltmək üçün səbirsizliklə gözləyir. Olaylar.az xəbər verir ki, bh barədə ABŞ-nin nüfuzlu "Axios" portalı məlumat yayıb.
Məlumata görə, Kiyev çətin vəziyyətlə üz-üzə qalıb, çünki ABŞ və Avropa ölkələri ona əlavə hava hücumundan müdafiə (HHM) sistemləri göndərməkdən imtina edirlər.
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Ukrayna Tramp administrasiyasından yeni "Patriot" zenit-raket kompleksləri və onlara uyğun sursatlar istəyib. Lakin onun sözlərinə görə, hazırda ABŞ-nin ehtiyatında belə sistemlər yoxdur. Bu səbəbdən Vaşinqton NATO müttəfiqlərini öz ehtiyatlarındakı "Patriot" komplekslərini Ukraynaya verməyə təşviq edir.
Ancaq Rubio qeyd edib ki, "heç bir ölkə öz müdafiə sistemlərindən imtina etmək istəmir". Bu isə Ukraynanın vəziyyətini daha da mürəkkəbləşdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31