Ceffri Saks: “Avropa İttifaqının dağılması mümkündür” - ÖZƏL
3 İyun 14:12 DünyaAmerikalı iqtisadçı, Kolumbiya Universitetinin Davamlı İnkişaf Mərkəzinin direktoru professor Ceffri Saks Avropa İttifaqının (Aİ) gələcəyi ilə bağlı diqqətçəkən açıqlama verib. Olaylar.az xəbər verir ki, o, TASS-a müsahibəsində Aİ-nin dağılmasının real ssenari ola biləcəyini bildirib.
"Bəli, belə bir ssenari mümkündür, çünki Avropa İttifaqı kifayət qədər kövrək bir qurum olaraq qalır," - deyə iqtisadçı qeyd edib.
Saks hesab edir ki, Avropa İttifaqı müasirləşməyə və güclənməyə ehtiyac duyur: "Güclü Avropa həm qitənin özü, həm də bütün dünya üçün faydalı olardı. Amma istisna deyil ki, bunun əvəzinə İttifaq sadəcə dağıla bilər."
Professorun fikrincə, Aİ-nin indiki durumu onun gələcəkdə ya güclənəcəyinə, ya da mövcudluğunu itirəcəyinə işarə edir.