BMT karvanına hücum edilib – UNICEF-dən açıqlama- ÖZƏL

BMT-nin humanitar yardım karvanı Sudanın Şimal Darfur vilayətində hücuma məruz qalıb. Olaylar.az xəbər verir ki, bu barədə Reuters agentliyinə BMT-nin Uşaq Fondu (UNICEF) məlumat verib.
UNICEF nümayəndəsinin sözlərinə görə, hücum gecə saatlarında El-Koma rayonunda baş verib. Hücum zamanı Ümumdünya Ərzaq Proqramı (WFP) və UNICEF-ə məxsus yük maşınları El-Faşir şəhərinə keçmək üçün icazə gözləyirmiş.
"Hücum zamanı karvan ərzaq məhsulları daşıyırdı", - deyə UNICEF rəsmisi bildirib.
Qeyd edək ki, Sudanda vəziyyət 2023-cü ilin aprelində ordu komandanı və eyni zamanda ölkənin Suveren Şurasının sədri Abdel Fəttah əl-Burhan ilə Sürətli Reaksiya Qüvvələrinin rəhbəri Məhəmməd Həmdan Dağalonun qarşıdurması nəticəsində kəskin şəkildə pisləşib. Məravi və Xartumda başlayan toqquşmalar tezliklə ölkənin digər bölgələrinə yayılıb. Münaqişə nəticəsində minlərlə insan həlak olub, on minlərlə insan yaralanıb, 13 milyondan çox sudanlı isə evlərini tərk etməyə məcbur qalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31