Böyük Britaniya NATO-nun nüvə strategiyasında liderliyə hazırlaşır- ÖZƏL

Böyük Britaniya NATO-nun nüvə strateqiyasında daha fəal rol almağa hazırlaşır. Olaylar.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, London alyansa nüvə töhfəsini artırmaq məqsədilə nüvə silahı daşımaq qabiliyyətinə malik döyüş təyyarələrinin silahlanmaya qəbulunu nəzərdən keçirir.
Böyük Britaniyanın nüvə potensialına yönəltdiyi artan sərmayələr və Avropanın bu məsələyə daha geniş diqqəti, ABŞ-nin müttəfiqləri üçün nüvə çəkindirməsini təmin etmək öhdəliyində zəifləmə ehtimalı ilə bağlı narahatlıqlar fonunda baş verir. Berlindəki Sakit Okean Forumunun baş elmi əməkdaşı Uilyam Alberqin sözlərinə görə, bu cür addımlar ABŞ-nin mümkün geri çəkilməsinin yaratdığı riskləri kompensasiya etmək üçün zəruridir.
Daha əvvəl bildirilmişdi ki, Britaniya nüvə arsenalını artırmaq niyyətindədir və ABŞ-dən B61 bombalarını daşıya bilən F-35A döyüş təyyarələrinin alınması ilə bağlı danışıqlar aparır. Hazırda krallığın nüvə potensialı yalnız dörd "Vanguard" tipli sualtı qayıqla təmsil olunur. Bu qayıqlarda ABŞ istehsalı olan Trident II (D5) ballistik raketləri yerləşdirilib.
Böyük Britaniyanın baş naziri Kir Starmer bazar ertəsi günü bəyan edib ki, ölkə müharibəyə hazırlaşmağa başlayır. Leyboristlər kabinetinin rəhbəri bildirib ki, Birləşmiş Krallıq "silahlı qüvvələrin əsas məqsədi kimi döyüş hazırlığı rejiminə keçid" mərhələsinə daxil olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31