Orban: “Putin haqlı çıxdı – vaxt onun tərəfində idi”- ÖZƏL
3 İyun 2025 12:22 DünyaMacarıstanın Baş naziri Viktor Orban bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı müharibə ilə bağlı "vaxt mənim tərəfindədir" yanaşmasında haqlı olub. Olaylar.az xəbər verir ki, bu fikri o, Budapeştdə keçirilən Beynəlxalq Mühafizəkar Siyasi Hərəkət Konfransında iştirak edən politoloq və jurnalistlərlə görüşündə səsləndirib.
Orban qeyd edib ki, 2024-cü ilin iyulunda Kiyevə səfəri zamanı Ukrayna Prezidenti Volodimir Zelenskini atəşkəsə razı salmağa çalışıb. Lakin Zelenski bu təklifi rədd edib, çünki düşünürmüş ki, vaxt onun tərəfindədir.
"Daha sonra Moskvaya səfərim zamanı eyni təklifi Putinə də etdim. O da imtina etdi. Amma o, əksinə, hesab edirdi ki, vaxt onun tərəfindədir. Fərq ondadır ki, o, haqlı çıxdı", - deyə Viktor Orban bildirib.