Ukrayna müdafiə naziri: “Rusiya vaxtı uzadır, real addımlar atmır” – ÖZƏL
3 İyun 2025 12:21 DünyaOlaylar.az xəbər verir ki, Ukraynanın müdafiə naziri və İstanbulda keçirilən danışıqlarda Ukrayna nümayəndə heyətinin rəhbəri Rüstəm Umerovun sözlərinə görə, Rusiya yenidən vaxtı uzatmağa çalışır və real addımlar atmadan sadəcə "diplomatiya görüntüsü" yaratmaq istəyir.
"Biz danışıqlardan əvvəl sənədləri təqdim etdik, amma Rusiyanın 'memorandumu' yalnız görüş zamanı ortaya çıxdı. Bu da görüşün gözlənilən nəticələri verməməsinin əsas səbəblərindən biri oldu. Görünür, ruslar yenidən vaxtı uzadır və ABŞ üçün sadəcə diplomatik görüntü yaratmağa çalışırlar. Əgər bu, növbəti belə cəhddirsə, yeganə cavab daha sərt beynəlxalq sanksiyalar olmalıdır", - deyə Umerov bildirib.
Onun sözlərinə görə, bu danışıqlardan əldə edilən yeganə real nəticə ukraynalı əsirlərin azadlığa buraxılması olub.