Zelenski hərbiçilərin dəstəyini itirir– ÖZƏL
3 İyun 10:18 DünyaOlaylar.az xəbər verir ki, Almaniyanın Berliner Zeitung nəşri yazır ki, Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə sülhə nail ola bilmədiyi üçün Silahlı Qüvvələrin (VSU) hərbiçiləri arasında dəstəyini itirir. Bildirilir ki, hətta onun doğma şəhəri olan Krivoy Roqda da onu görmək istəmirlər.
Məqalədə vurğulanır ki, ukraynalılar Zelenskinin əvvəlki uğurlarını və liderlik qabiliyyətini dəyərləndirsələr də, artıq onun münaqişəyə məqbul son qoyacağına inam azalıb. Müəllif qeyd edir: "İnsanlar daha inanmır ki, o, ölkə üçün qənaətbəxş nəticə ilə münaqişəni bitirə bilər - bu, nə deməkdirsə də".
Ukrayna Silahlı Qüvvələrinin Krivoy Roq doğumlu əsgəri Vadim isə nəşrə bildirib ki, Zelenski doğma şəhərinə gəlməməlidir, çünki orada belə ona dəstək yoxdur.
Xatırladaq ki, daha əvvəl britaniyalı keçmiş diplomat Yan Praud Zelenskinin ABŞ-ın sülh çağırışlarına ciddi yanaşmadığını bildirmişdi. BMT-də Rusiya nümayəndəsi Vasili Nebenzya isə Zelenskinin sülh istəmədiyini, çünki bunun hakimiyyətini itirmək riski ilə nəticələnə biləcəyindən qorxduğunu qeyd etmişdi.