Türkiyə sahillərində 5,8 bal gücündə zəlzələ olub, ölən və yaralananlar var

Türkiyə sahillərində baş verən güclü zəlzələ nəticəsində yaralananların sayı 69 nəfər çatıb.

Olaylar.az xəbər verir ki, bu barədə Muğla vilayətinin valisi İdris Akbıyık bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində 55 nəfər xəstəxanaya müraciət edib, 14 nəfərə isə yerindəcə tibbi yardım göstərilib.

Muğla valisi əlavə edib ki, zəlzələ zamanı panik atak keçirərək xəstəxanaya çatıdırlan 14 yaşlı uşaq həkimlərinə səylərinə baxmayaraq həyatını itirib.

Qeyd edək ki, Egey dənizində 5,8 bal gücündə zəlzələ olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31