Kaxa Kaladze: Avropalı bürokratlar Gürcüstan hökumətini dəyişmək istəyir – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının baş katibi Kaxa Kaladze bildirib ki, Avropa bürokratları hazırkı Gürcüstan hökumətindən narazıdır və müxalifət vasitəsilə hakimiyyəti dəyişmək istəyirlər. Onun sözlərinə görə, son illərdə bir neçə dəfə xaricdən maliyyələşən çevriliş cəhdləri olub.

Kaladze həmçinin mayın 31-də qüvvəyə minmiş "Xarici təsirin şəffaflığı haqqında" qanuna dair Avropadan gələn tənqidlərə münasibət bildirib. O qeyd edib ki, Avropa İttifaqı Gürcüstanın şəffaflıq qanununu antidemokratik adlandırsa da, Brüsseldə buna bənzər bir qanun müzakirə olunur.

Yeni qanun həm təşkilatlara, həm də fərdlərə şamil olunur və beş ilədək həbs cəzası nəzərdə tutur. Gürcü hakimiyyəti bu qanunun xaricdən maliyyələşən qurumların ölkədə sabitliyi pozmasının qarşısını almaq məqsədi daşıdığını bildirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31