Kazakıstan hələ də Kiyevdən KTK-yə hücumla bağlı cavab gözləyir- ÖZƏL

Kazakıstan hələ də 2025-ci ildə Kaspiy Boru Kəməri Konsorsiumunun (KTK) infrastrukturuna edilən pilotsuz uçuş aparatı (PUA) hücumu ilə bağlı Ukraynadan cavab almayıb. Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov Astanada keçirilən brifinqdə məlumat verib.
"Biz Kiyevdən hələ cavab almamışıq. Təbii ki, bu məsələ ilə bağlı narahatlığımızı çatdırmışıq və cavab gözləyirik", - deyə Smadiyarov bildirib.
Hadisənin detalları barədə əlavə məlumat verilməsə də, KTK-nın region üçün strateji əhəmiyyətə malik olması bu hücumun beynəlxalq səviyyədə narahatlıq doğurmasına səbəb olub. Kazakıstan tərəfi vəziyyəti izlədiyini və cavab aldıqdan sonra münasibət bildirəcəyini qeyd edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31