NATO müdafiə xərclərini ÜDM-in 5%-dək artırmağı müzakirə edəcək – ÖZƏL

NATO Baş katibi Mark Rutte bildirib ki, iyunun 5-6-da Brüsseldə keçiriləcək görüşdə Alyansa üzv ölkələrin müdafiə nazirləri müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artırılması ilə bağlı milli planları müzakirə edəcəklər. 

Olaylar.az xəbər verir ki, bu barədə o, Vilnüsdə Buxarest Doqquzluğu (B9) və Şimal ölkələri ilə keçirilən görüşdə çıxışı zamanı deyib.

Ruttenin sözlərinə görə, "2014-cü ildə razılaşdırdığımız 2%-lik müdafiə xərcləri bugünkü ehtiyaclarımızı qarşılayacaq qədər deyil. Müdafiə sistemimizdəki boşluqları doldurmaq üçün daha çox vəsait tələb olunur."

O həmçinin əlavə edib: "Sərt müdafiə xərclərindən başqa, hərbi mobillik də daxil olmaqla müdafiə ilə əlaqəli bütün sahələrə investisiya qoyulması vacibdir. Müdafiə sənayesi bazasının genişləndirilməsi də önəmlidir."

Rutte çıxışında Ukraynanın vəziyyətinə də toxunub və qeyd edib ki, bu məsələ Haaqa sammitində və digər görüşlərdə müzakirə olunacaq: "Ukraynanın mübarizəni davam etdirməsi üçün lazım olan dəstəyi almasına əmin olmalıyıq."

Gözlənilir ki, Haaqa sammitində NATO ölkələrindən müdafiə xərclərini ÜDM-in hazırkı 2%-indən 5%-dək artırmaq tələb olunsun.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31