Böyük Britaniya Avropadakı gərginliklər fonunda müdafiə xərclərini artırır – ÖZƏL

Olaylar.az xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Keir Starmer bildirib ki, Avropada artan gərginliklər fonunda ölkə Silahlı Qüvvələrinin döyüş qabiliyyətini təmin etmək məqsədilə müdafiə xərclərini artırır.

Qlazqoda Sky News tərəfindən yayımlanan mətbuat konfransında Baş nazirə Strateji Müdafiə İcmalında (Strategic Defense Review) yer alan tövsiyələrin həyata keçirilməsi üçün lazım olan qədər vəsaitin ayrılıb-ayrılmayacağı soruşulub. Starmer cavabında deyib: "Bu icmalı həyata keçirmək üçün lazım olan qədər vəsait ayırmağa sadiqik." O əlavə edib ki, "mümkün olan hər şey, mövcud büdcə çərçivəsində həyata keçiriləcək."

Starmer Böyük Britaniyanın NATO qarşısında götürdüyü öhdəlikləri, o cümlədən nüvə qabiliyyətinə dair öhdəliyini də vurğulayıb. "Bu gün başladığım Strateji Müdafiə İcmalı, təhlükəli zamanlarda ölkənin bir məqsəd ətrafında birləşməsini təmin edəcək - vətənin və dəyərlərimizin müdafiəsi uğrunda," - deyə Baş nazir qeyd edib.

O əlavə edib ki, "cəmiyyətin hər bir üzvünün, hər bir vətəndaşın bu işdə rolu var, çünki dünya dəyişib. Qarşılaşdığımız təhdidlər Soyuq Müharibədən bəri heç vaxt bu qədər ciddi, təcili və proqnozlaşdırılmaz olmayıb."

Starmer çıxışını belə tamamlayıb: "Qarşımızdakı yeni təhdidlər dövrü, müdafiə və təhlükəsizlik sahəsində də yeni bir dövr tələb edir."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31