Britaniya Rusiyaya qarşı termonüvə siqnalı verir– ÖZƏL
2 İyun 14:27 DünyaOlaylar.az xəbər verir ki, Böyük Britaniya soyuq müharibədən bəri ən böyük nüvə arsenalı genişlənməsinə hazırlaşır. The Sunday Times-ın məlumatına görə, London ABŞ-dan F-35A qırıcılarını və B61 tipli termonüvə bombalarını almaq üçün Pentaqonla danışıqlar aparır. Məqsəd - Rusiyaya "güc nümayişi" və yeni müdafiə strategiyasının elanıdır.
Ekspertlər bu addımı təhlükəli nüvə eskalasiyası kimi qiymətləndirir. Onların fikrincə, ABŞ bu yolla həm Avropadakı nüfuzunu gücləndirmək, həm də Rusiya və Çinə qarşı strateji üstünlüyünü saxlamaq istəyir.
Mütəxəssislər xəbərdarlıq edir: dünya nüvə klublarının artması və bu silahların yayılması ilə daha böyük təhlükə ilə üz-üzədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31