"Bayden 2020-ci ildə edam edildi, klonlarla əvəz olunub"

ABŞ prezidenti Donald Tramp keçmiş prezident Co Baydenin 2020-ci ildə öldürüldüyü və yerinə klonların gətirildiyi ilə bağlı sui-qəsd nəzəriyyəsini yenidən gündəmə gətirib.

Olaylar.az xarici mediaya istinadla xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Truth Social-da paylaşdığı paylaşımla diqqətçəkən bir sui-qəsd nəzəriyyəsini gündəmə gətirib. Tramp ABŞ-ın keçmiş prezidenti Co Baydenin əslində 2020-ci ildə edam edildiyini və onun yerinin "ruhsuz, şüursuz" klonlar və ya robotlarla əvəz olduğunu iddia edib.

Tramp yazını paylaşarkən birbaşa sui-qəsd nəzəriyyəsini şərh etməyib, lakin bu yazı daha əvvəl heç də tanınmayan və mindən az izləyicisi olan "llijh" adlı hesaba məxsus olub. Sözügedən yazıda aşağıdakı ifadələr yer alırdı:

"Co Bayden artıq yoxdur - o, 2020-ci ildə edam edilib. Gördüyünüz şey Bayden klonları, kaskadyorlar və ruhsuz, şüursuz, robot varlıqlardır. Demokratlar fərqi bilmirlər" .

Trampın bu postu niyə atdığı bəlli olmasa da, ABŞ prezidenti həm də sosial şəbəkələrdə rəqiblərini "trollamaq" meyli ilə tanınır.

Xatırladaq ki, Baydenin keçən ay verdiyi açıqlamada prezidentin prostat xərçəngi olduğu və xəstəliyin sümüklərinə keçdiyi açıqlanmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31