Əraqçi: ABŞ-nin məktubuna cavab hazırlanır – ÖZƏL

Olaylar.az xəbər verir ki, Oman xarici işlər naziri Bədir Busəidi Tehrana qısa səfəri zamanı ABŞ hökuməti adından İranın xarici işlər naziri Seyid Abbas Əraqçi vasitəsilə İrana dolayı nüvə danışıqları ilə bağlı rəsmi təklif təqdim edib.

Bu səfər Oman tərəfindən Tehran və Vaşinqton arasında vasitəçilik səyləri çərçivəsində həyata keçirilib və ABŞ-nin təklifinin "əsas elementləri"ni İrana təqdim etmək məqsədi daşıyıb. İran xarici işlər naziri sosial şəbəkə platforması X-də yaydığı açıqlamada bildirib ki, İran bu təklifə "öz prinsipləri, milli maraqları və xalqının hüquqları çərçivəsində" cavab verəcək.

ABŞ-nin bu təklifi, prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff tərəfindən hazırlanıb və Tehrana çatdırılıb. Bu sənəd, aprelin əvvəlindən başlayan danışıqlardan sonra İrana təqdim edilən ilk rəsmi layihə hesab olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31