Starmer: “Böyük Britaniya müharibəyə hazırlaşır”- ÖZƏL
2 İyun 13:57 DünyaBöyük Britaniya silahlı qüvvələrinin döyüş hazırlığını artırmaq məqsədilə müdafiəyə yatırımları genişləndirir. Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Kir Starmer Glazqoda keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib. Tədbir Sky News telekanalı tərəfindən canlı yayımlanıb.
"Silahlı qüvvələrimizin əsas məqsədi olaraq döyüşə hazırlıq rejiminə keçiririk", - deyə Starmer vurğulayıb. Onun sözlərinə görə, ölkənin təhlükəsizliyinin əsasını NATO müttəfiqləri ilə tərəfdaşlıq təşkil edəcək.
Baş nazir əlavə edib ki, Böyük Britaniya heç vaxt təkbaşına mübarizə aparmayacaq: "Bizim müdafiə siyasətimiz həmişə ilk növbədə NATO-ya əsaslanacaq". O, həmçinin NATO-nu Böyük Britaniyanın "strateji gücünün təməl mənbəyi" adlandırıb.
Starmer bildirib ki, London silahlı qüvvələrdə "müharibə dövrünün sürəti ilə" innovasiyalar tətbiq etməyi planlaşdırır. Baş nazirin sözlərinə görə, 2035-ci ilə qədər Britaniya ordusunu "on dəfə daha öldürücü" etmək niyyətindədir.