ABŞ senatoru Rusiyaya qarşı yeni sanksiyalar tələb edir– ÖZƏL
2 İyun 10:54 DünyaOlaylar.az xəbər verir ki, ABŞ Konqresinin respublikaçı senatoru Lindsi Qrəm Rusiyaya qarşı yeni sanksiyaların G7 sammitinədək tətbiq olunmasının vacibliyini bildirib. Bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, bu addım yalnız Rusiyaya deyil, həm də Çinə açıq siqnal verməlidir:
"G7 sammitinədək Avropa ilə koordinasiyada sanksiyaların tətbiqinə nail olmağa ümid edirik ki, bu, Çinə də birmənalı mesaj olsun," - deyə Qrəm vurğulayıb.
G7 sammiti 15-17 iyun tarixlərində Kanadada keçiriləcək.
Qeyd edək ki, mart ayında Qrəm Rusiyaya qarşı əlavə sanksiyalar nəzərdə tutan qanun layihəsini Konqresə təqdim etməyi planlaşdırırdı. Mayda "New Lines" jurnalının məlumatına görə, ABŞ dövlət katibi Marko Rubio bu təşəbbüsü dəstəkləsə də, prezident Donald Tramp ona qarşı çıxıb.