Rusiya XİN: Moskva İstanbul danışıqlarında Kiyevdən ciddi reaksiya gözləyir– ÖZƏL
2 İyun 10:34 DünyaOlaylar.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirinin müavini Andrey Rudenko bildirib ki, Moskva İstanbulda keçiriləcək danışıqların ikinci raundunda Ukraynanın Rusiya təkliflərinə və mümkün atəşkəs şərtlərinə ciddi yanaşacağına ümid edir.
O, Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə dialoq barədə söylədiklərini xatırladaraq qeyd edib ki, Rusiya tərəfi bu mərhələdə atəşkəslə bağlı müddəaları da əhatə edən xüsusi memorandum təqdim edəcək. Rudenko əlavə edib ki, həmin sənəddə başqa məsələlər də əks olunacaq.
Xatırladaq ki, mayın 30-da Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Kiyevin İstanbul danışıqlarının ikinci raundu ərəfəsində "isterika yaratdığını" və bu yolla öz mövqeyini süni şəkildə gücləndirməyə çalışdığını bildirmişdi. Onun sözlərinə görə, Ukrayna tərəfi bu davranışı ilk görüşdən əvvəl də sərgiləmişdi.