Almaniya kansleri Merzdən Ukraynaya dəstək: Böyük Britaniya təəccübləndi – ÖZƏL
30 May 17:06 DünyaAlmaniyanın yeni kansleri Fridrix Merzin Rusiyaya qarşı sərt mövqeyi və Ukraynaya hərbi dəstəyi gücləndirməsi Böyük Britaniyada təəccüblə qarşılanıb.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiyanın Londondakı səfiri Andrey Kelin "Rossiya-24" telekanalına müsahibəsində bildirib.
"Merzin nümayiş etdirdiyi bu qəfil radikal mövqe hələlik buradan (Böyük Britaniyadan) məsafəli şəkildə müşahidə olunur. Onun dəstəkləndiyinə dair heç bir əlamət görmürəm. Bu bəyanat bir qədər gözlənilməz oldu. Hələlik heç bir rəsmi şərh verilməyib," - deyə Kelin qeyd edib.
Xatırladaq ki, mayın 26-da Fridrix Merz Berlin və onun müttəfiqləri tərəfindən Kiyevə göndərilən silahların növlərinə qoyulan bütün məhdudiyyətlərin aradan qaldırıldığını bəyan edib. Onun sözlərinə görə, oxşar qərarlar ABŞ, Böyük Britaniya və Fransa tərəfindən də qəbul olunub.
Mayın 28-də isə Almaniya kansleri Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi birgə mətbuat konfransında bu mövqeyini təsdiqləyərək bildirib ki, Kiyevə verilən silahların Rusiyanın ərazisini hədəf almasına dair artıq heç bir məhdudiyyət yoxdur.