Tramp Rusiyaya təzyiq göstərməkdən çəkinir – Politico – ÖZƏL

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin nizamlanması məqsədilə Moskvaya təzyiq göstərmək istəmir, çünki o, Rusiya ilə münasibətlərin yenidən qurulmasında daha çox maraqlıdır.

Olaylar.az xəbər verir ki, bu barədə Politico qəzeti adı açıqlanmayan avropalı rəsmiyə istinadən məlumat yayıb.

"Əgər müharibəni bitirmək ona sazişlər bağlamaq imkanı verəcəksə, o zaman o, yəqin ki, Putinlə münasibətlərin pozulmasının mümkün qiymətini ölçüb-biçir", - deyə mənbə bildirib. Onun sözlərinə görə, görünən odur ki, Tramp Rusiya Prezidenti Vladimir Putinə daha ciddi təsir göstərməkdən çəkindirən müəyyən səbəblər var.

Qəzetin yazdığına görə, Tramp hələlik ABŞ Senatında irəli sürülmüş əlavə antirusiya sanksiyaları layihəsini dəstəkləmir. Buna səbəb, bu sanksiyaların Rusiya ilə münasibətlərin normallaşdırılması cəhdlərinə xələl gətirə biləcəyi ilə bağlı narahatlıqlardır.

19 mayda Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında bu il ərzində üçüncü telefon danışığı baş tutub. Söhbət zamanı ikitərəfli münasibətlər və Ukrayna münaqişəsinin həlli, xüsusən də atəşkəs şərtlərini əks etdirən Moskva və Kiyev arasında mümkün memorandumlar ideyası müzakirə olunub. Daha əvvəl bu liderlər 12 fevral və 18 mart tarixlərində də əlaqə saxlamış və əsas diqqət münasibətlərin normallaşdırılmasına və Ukraynadakı vəziyyətə yönəlmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31