Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrovla Hakan Fidan arasında telefon danışığı baş tutub.
Olaylar.az xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN yayıb.
Bildirilib ki, tərəflər iyunun 2-də İstanbulda keçiriləcək Rusiya və Ukrayna arasında ikitərəfli danışıqların növbəti raunduna hazırlıq məsələlərini müzakirə ediblər.
Xatırladaq ki, H.Fidan bu gün Ukraynada səfərdədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31