İran Avstriyanın kəşfiyyat iddialarına cavab tələb edir – ÖZƏL

Olaylar.az xəbər verir ki, İran XİN sözçüsü İsmayıl Bəqai bu gün verdiyi açıqlamada Avstriya hökumətindən "qeyri-rəsmi və təhrikedici münasibət"lə bağlı izahat tələb edib.

O, İranın Nüvə Silahlarının Yayılmamasına dair Müqavilənin (NSYM) iştirakçısı olduğunu xatırladaraq bildirib:
"İranın nüvə proqramı Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən ciddi şəkildə nəzarətdə saxlanılır. Bu şəraitdə Avstriya kəşfiyyatının iddiaları birbaşa İranın nüfuzuna zərər vurur".

Bəqai əlavə edib ki, İran nüvə silahlarına və digər kütləvi qırğın silahlarına qarşı çıxır:
"İran Qərbi Asiya bölgəsinin kütləvi qırğın silahlarından azad edilməsi cəhdlərində öncül və qətiyyətli tərəfdardır. Bu məsələdə İranın mövqeyi, siyonist rejimin bütün növ kütləvi qırğın silahları ilə silahlandırılmasına susan və bu rejimi hərtərəfli dəstəkləyən Avstriya və bəzi Avropa ölkələrindən tamamilə fərqlidir".

Avstriya kəşfiyyatının münasibətini "yalan yaymaq" kimi dəyərləndirən Bəqai bildirib:
"Biz bu rəsmi qurumun məsuliyyətsiz, təxribat xarakterli və dağıdıcı münasibətinə qarşı Avstriya hökumətindən rəsmi açıqlama gözləyirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31