Kanadada fövqəladə vəziyyət elan edildi - VİDEO

Kanadada meşə yanğınları davam edir.

Olaylar.az xəbər verir ki, Kanadanın Alberta və Manitoba əyalətlərindən sonra Britaniya Kolumbiyasında da meşə yanğınları ilə bağlı fövqəladə vəziyyət elan edilib.

Sosial şəbəkələrdə yayılan kadrlarda güclü alovların meşə massivlərini bürüdüyü, bölgədən qalxan tüstünün isə geniş əraziyə yayıldığı görünür. Rəsmilər bölgədə təhlükəsizlik tədbirlərini gücləndirərək genişmiqyaslı evakuasiya prosesinə start veriblər.

Təhlükəsizlik xidmətləri və yanğınsöndürmə briqadaları ərazilərdə fasiləsiz olaraq çalışır. Hələlik yanğınların səbəbi və nə qədər sahəni əhatə etdiyi ilə bağlı dəqiq məlumat verilməsə də, havaların isti və quru keçməsi yanğının yayılmasını sürətləndirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31