Medvedev: Zelenski Putinlə görüşə israr etməklə mövqeyini möhkəmləndirməyə çalışır – ÖZƏL

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Telegram kanalında yazıb ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə şəxsi görüşə israr etməklə öz mövqeyini gücləndirməyə çalışır.

Olaylar.az xəbər verir ki, onun sözlərinə görə, Zelenski digər ölkələrin legitim liderləri ilə danışaraq, onların nüfuzu hesabına "bir həşəratın legitimliyini möhkəmləndirməyə" çalışır. Medvedev hesab edir ki, Zelenski bu yolla seçkiləri təxirə salmaq və millətçi elitalara rəhbər dəyişikliyi üçün münasib zaman olmadığını bildirmək istəyir.

Medvedev həmçinin qeyd edib ki, bu cəhdlərin əsas məqsədi Zelenskinin "hərbi büdcəni mənimsəmək hüququnu qorumaqdır" və bu vəziyyət Böyük Britaniya, Fransa və Almaniya liderlərinin də maraqlarına xidmət edir.

Medvedev ironik şəkildə Zelenskinin mövcudluq strategiyasını həşərat aləminə, xüsusilə bitləri qoruyaraq onlardan "pul mənbəyi" kimi istifadə edən qarışqaların davranışına bənzədib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31