Rusiya DİN-in solisti vəhşicəsinə öldürüldü
30 May 15:15 DünyaRusiya Daxili İşlər Nazirliyinin "Mahnı və rəqs - Gornitsa" ansamblının solisti 38 yaşlı Maria M. Moskvada vəfat edib.
Olaylar.az bildirir ki, bu barədə "Mash" məlumat yayıb.
İddialara görə qadın həftələrlə döyülüb və əxlaqsızlığa məruz qalıb.
Maria M. bədəni göyərmiş halda yaxın dostunun evinə gedib və bu səbəbdən çıxışı qaçırdığını deyib. Dostu ilə qaldığı evdə özünə gəlməyə çalışsa da, iki gün sonra vəziyyəti pisləşib. Dostu təcili tibbi yardım çağıraraq hadisəni sənətçinin atası ilə bölüşüb.
Qadın hadisənin detalları barədə danışmaq istəyirdi, amma buna vaxt tapmayıb. Ön müayinə ölüm səbəbi kimi qabırğa sınığının ağırlaşması göstərilir.
Qeyd edək ki, Maria M-nin 11 yaşlı qızı var, hazırda qız atası ilədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31