Ukrayna münaqişəsi ilə bağlı qarşımızda iki yol var - Hakan Fidan
30 May 14:34 Dünyaİstanbul danışıqları Ukrayna münaqişəsinin diplomatik yolla nizamlanması üçün yeni imkanlar açıb.
Olaylar.az xəbər verir ki, bunu Türkiyənin XİN rəhbəri Hakan Fidan bildirib.
"16 may tarixində İstanbulda keçirilən danışıqlar diplomatik həll yollarının axtarışı üçün yeni imkanlar açdı. Atəşkəs və sülh gözləntiləri artdı. İstanbulda keçiriləcək danışıqları yeni bir başlanğıc kimi qiymətləndiririk.
Əsir mübadiləsinə dair razılaşmaların tez bir zamanda həyata keçirilməsi danışıqların konkret nəticələr verə biləcəyini sübut etdi", - deyə Fidan Kiyevdə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə keçirdiyi mətbuat konfransında bildirib.
O, Ukrayna münaqişəsi ilə bağlı iki yolun olduğunu vurğulayıb.
"Biz müharibədə kritik, dönüş nöqtəsinə yaxınlaşırıq. Qarşımızda iki yol var: ya bu müharibənin davamına göz yumacağıq, ya da bu il ərzində daimi sülhə nail olacağıq. Vasitəçilik səylərimiz nəticəsində müəyyən irəliləyişə nail ola bilərik", - deyə Fidan bildirib.