ABŞ: Ukraynanın NATO-ya üzvlüyü gündəmdə deyil – ÖZƏL
30 May 13:47 DünyaOlaylar.az xəbər verir ki, ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq ABC News-a müsahibəsində bildirib ki, NATO Şərqi Avropa ölkələrinin, o cümlədən Ukraynanın alyansa qəbulunu dayandıra bilər. Onun sözlərinə görə, ABŞ Rusiyanın bu məsələni milli təhlükəsizlik məsələsi kimi dəyərləndirdiyini anlayır. Kelloq qeyd edib ki, Ukraynanın NATO-ya üzvlüyü hazırda gündəmdə deyil və bu mövqedə olan təkcə ABŞ deyil.
Diplomatik danışıqlarla bu məsələdə razılığa gəlmək ehtimalı istisna olunmur. Belə halda təkliflər ABŞ prezidenti və NATO ölkələri tərəfindən müzakirəyə çıxarılacaq. Kelloq həmçinin Rusiyanın NATO-nun şərqə doğru genişlənməsi ilə bağlı narahatlığını əsaslı hesab etdiyini vurğulayıb.
Bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva ilə Kiyev arasında ikinci danışıqlar raundu iyunun 2-də İstanbulda keçiriləcək. İlk görüş mayın 16-da baş tutub və əsirlərin "1000-ə 1000" prinsipi ilə dəyişdirilməsi və mümkün atəşkəslə bağlı ilkin razılıqlar əldə olunub.