Dodon Moldova hakimiyyətini Dnestryanı ilə bağlı danışıqları bərpa etməyə çağırıb- ÖZƏL
30 May 12:22 DünyaMoldova hakimiyyəti Dnestr çayının hər iki sahilinin sakinlərinin maraqları naminə Moldova prezidenti Maya Sandunun təqsiri üzündən blokadaya alınmış Dnestryanı ilə bağlı danışıqları bərpa etməlidir. Olaylar.az xəbər verir ki, bu barədə Moldovanın keçmiş prezidenti, müxalif Sosialistlər Partiyasının lideri İqor Dodon Tass-a bildirib.
O, Moldovanın reinteqrasiya üzrə baş nazirinin müavini, Dnestryanı nizamlamaya cavabdeh olan Oleq Serebryanın istefasını belə şərh edib. "Moldova rəhbərliyi Dnestryanı ilə bağlı siyasətini kökündən dəyişməlidir - sentyabrda keçiriləcək parlament seçkilərindən sonra təyin olunacaq yeni hökumət danışıqları bərpa etməli və Dnestrin hər iki sahilində xalqımızın problemlərini həll etməlidir", - Dodon vurğulayıb.
O, Sandunun Dnestryanı prezidenti Vadim Krasnoselski ilə görüşdən imtina edərək danışıqlar əvəzinə tanınmamış respublikaya təzyiq etmək taktikasını seçməsindən təəssüfləndiyini bildirib.