Trampın ticarət müharibələri dünya biznesinə 34 milyard dollardan çox ziyan vurub - KİV
30 May 11:47 DünyaABŞ prezidenti Donald Trampın apardığı ticarət müharibələri xərclərin artması və satışların azalması ilə əlaqədar dünyada fəaliyyət göstərən korporasiya və iri şirkətlərə ümumilikdə 34 milyard ABŞ dollarından çox ziyan vurub.
Olaylar.az xəbər verir ki, belə bir nəticəyə "Reuters" agentliyinin analitikləri koporasiyaların hesablatları, normativ sənədləri və keçirdikləri mətbuat kofranslarının təhlili nəticəsində gəlib.
Onlar iddia edirlər ki, qlobal səviyyədə şirkətlərin itkiləri artmaqda davam edəcək, belə ki, Trampın tətbiq etdiyi idxal rüsumları ilə bağlı yaranmış qeyri-müəyyənlik dünyanın iri korporasiyalarında qərar qəbulu prosesini faktiki iflic edib.
Agentlik qeyd edir ki, korporasiyalar xərclərin daha da artacağından ehtiyat edir. Artıq 42 korporasiya gəlirlərlə bağlı proqnozlarını aşağı salıb, daha 16-sı, o cümlədən, "Apple", "Ford", "Porshe" və "Sony" isə proqnozlarını ertələyərək, onları ictimailəşdirməyib.