Paşinyanın Respublika Günü çıxışı hakim partiyada narahatlıq doğurub – ÖZƏL

Ermənistanın baş naziri Nikol Paşinyanın Birinci Respublika Günü münasibətilə etdiyi çıxış ölkədə, o cümlədən hakim "Vətəndaş Müqaviləsi" partiyası dairələrində geniş müzakirələrə səbəb olub. 

Olaylar.az xəbər verir ki, bu barədə Ermənistanın "Qraparak" qəzeti məlumat yayıb.

Qəzet yazır ki, Paşinyanın "Xalqımızın artıq vətən axtarmağa, vətən arzusunda olmağa ehtiyacı yoxdur, çünki vətən tapılıb - Ermənistan Respublikası, dövlət şəklində" fikri ciddi tənqidlərə səbəb olub və təhlükəli nəticələrin başlanğıcı kimi qiymətləndirilib.

Hakim partiyanın bəzi nümayəndələri özəl söhbətlərdə istisna etmirlər ki, sabah Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək, "siz vətəni səhv yerdə tapmısınız, bu, indiki 29 min 743 kv.km deyil, 10 və ya 15 min kv.kmdir" deyə bilər və nəticədə "nə olursa olsun, məğlubiyyətimizi qəbul etməyəcəyik" tarixi təkrar oluna bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31