Papuaşvili: Gürcüstan iqtisadiyyatına hücumlar başlayıb – ÖZƏL

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədə paylaşdığı açıqlamada bildirib ki, Gürcüstan siyasətinə qarşı uğursuz hücumlardan sonra indi ölkənin iqtisadiyyatına qarşı hücumların şahidi oluruq. 

Olaylar.az xəbər verir ki, o, bu fikirləri Polşa və Fransanın səfirliklərinin Gürcüstana səfərlə bağlı yaydığı xəbərdarlıqları şərh edərkən bildirib.

Papuaşvilinin sözlərinə görə, Polşa və Fransa, həmçinin ümumilikdə Avropa İttifaqı Gürcüstan vətəndaşlarının öz sərhədlərindən keçməsinə daha çox məhdudiyyət qoyur, nəinki Gürcüstan onların vətəndaşlarına.

"Dünən Veymar üçbucağının üzvü olan Polşa və Fransa səfirlikləri öz vətəndaşlarına Gürcüstana səfər etməzdən əvvəl yaxşı düşünməyi tövsiyə edən xəbərdarlıq yayıblar. Bu xəbərdarlıqda iddia olunur ki, bir çox vətəndaş Gürcüstana daxil ola bilmir.

Bu, çox narahatedici haldır. Turizm Gürcüstan vətəndaşlarının rifahı üçün vacib sahədir. Bu sahəyə qarşı əsassız hücumlar isə xalqımızın rifahına və milli maraqlarımıza hücumdur.

Əslində isə onların yaratmaq istədiyi təəssürat reallığı əks etdirmir. Xoşbəxtlikdən sərhəd keçidi təəssürat deyil, statistika və faktlar dünyasına aiddir", - deyə Papuaşvili vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31