Maqnit qasırğası 24 saatdan çoxdur davam edir
30 May 10:01 DünyaYer kürəsindəki maqnit qasırğası artıq 24 saatdan çoxdur ki, davam edir.
Olaylar.az xəbər verir ki, bunu Rusiyanın "Fobos" hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leusun "Telegram" kanalında yazıb.
"Maqnit qasırğası Yer kürəsində artıq bir sutkadan çoxdur ki, davam edir. Hazırda 24 saatdan çox davam edən maqnit qasırğasının intensivliyi G1 sinfinə, yəni zəif maqnit qasırğası səviyyəsinə uyğundur", - deyə o bildirib.
Leusun sözlərinə görə, aktivliyin dövri azalmasına baxmayaraq, vəziyyətin sabitləşməsi baş verməyib. Belə ki, Günəş küləyinin sürəti 750-800 km/san intervalında qalır ki, bu da normal göstəricidən, demək olar, iki dəfə artıqdır.
Bundan əlavə, temperatur 500 000 K-ə çatır ki, bu da son dərəcə yüksək göstərici hesab olunur.
Sinoptikin bildirdiyinə görə, cümə günü ərzində Yer maqnitosferasında zəif pozuntuların, bəzən zəif maqnit qasırğası səviyyəsinə çatan halların davam edəcəyi gözlənilir.