Qəzzada dönüş nöqtəsi - HƏMAS lideri öldürüldü?

İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS hərəkatının lideri Məhəmməd Sinvarın zərərsizləşdirildiyini bildirib.

Olaylar.az xəbər verir ki,o, bu barədə Knessetdə çıxışı zamanı açıqlama verib.

"Biz HƏMAS-ın idarəetmə gücünü sarsıtmaqda mühüm mərhələyə çatdıq. Məhəmməd Sinvarı zərərsizləşdirməyi bacardıq", - deyə Netanyahu vurğulayıb.

Xatırladaq ki, İsrail Müdafiə Qüvvələri mayın 13-də Qəzza zolağının cənubundakı Xan-Yunis şəhərində yerləşən Avropa Xəstəxanasının altındakı yeraltı qərargaha hava zərbələri endirdiyini açıqlamışdı. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31