Orban: "Ukraynanın Aİ-yə qəbulu Rusiyaya qarşı Şərq cəbhəsinin açılması deməkdir"- ÖZƏL
29 May 13:14 DünyaMacarıstanın Baş naziri Viktor Orban bildirib ki, Ukraynanın Avropa İttifaqına üzvlüyü Rusiyaya qarşı yeni bir Şərq cəbhəsinin açılması ilə nəticələnə bilər. Olaylar.az xəbər verir ki, o, bu fikri Budapeştdə keçirilən Beynəlxalq Mühafizəkar Siyasi Fəaliyyət Konfransında çıxışı zamanı səsləndirib.
"Biz sülh istəyirik. Yeni bir Şərq cəbhəsinin açılmasını istəmirik. Ona görə də Ukraynanın Aİ-yə qəbuluna ehtiyac yoxdur", - deyə Orban vurğulayıb.
O, Avropada sağ-mühafizəkar qüvvələrin birgə fəaliyyət planını təqdim edərək, qitənin təhlükəsizlik və sabitliyinin qorunması üçün münaqişənin genişlənməsinin qarşısının alınmalı olduğunu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31