Ərdoğan və Tramp qarşılıqlı səfərlər edə bilər – Hakan Fidan – ÖZƏL

Olaylar.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan, Prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ-yə səfərinin istisna olunmadığını bildirib. Onun sözlərinə görə, eyni zamanda Ağ Ev administrasiyasının rəhbəri Donald Trampın da Türkiyəyə səfəri mümkündür.

"Prezidentlər Ərdoğan və Trampın səfərləri ilə bağlı təqvim üzərində iş aparılır. Prezidentimiz Vaşinqtona səfər edə bilər. Eyni zamanda cənab Trampın da Türkiyəyə gəlməsi mümkündür. Səfərlərdən əvvəl onların 24-25 iyun tarixlərində Haaqada keçiriləcək NATO sammitində görüşməsi mümkündür. Onlar tez-tez telefonla danışırlar, aralarında aparılan danışıqlar son dərəcə məhsuldardır", - deyə Fidan "Milliyet" qəzetinə bildirib.

Qeyd edək ki, mayın 5-də Prezident Ərdoğan Tramp ilə telefon danışığından sonra ABŞ-yə rəsmi səfərə dəvət edildiyini açıqlamışdı. Səfərin dəqiq tarixi hələ məlum olmasa da, Türkiyə mətbuatı bu səfərin iyun ayında baş tutacağını istisna etmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31