“Ayakve”: Ermənistan hakimiyyəti kapitulyasiya sənədini imzalamağa hazırlaşır – ÖZƏL
29 May 11:41 DünyaErmənistanda hakimiyyət ictimaiyyəti mövcud problemlərdən yayındırmaq və əvvəlcədən hazırlanmış kapitulyasiya sənədini imzalamaq məqsədilə xalqımıza qarşı yeni informasiya terroru həyata keçirir.
Olaylar.az xəbər verir ki, bu barədə "Ayakve" Milli Vətəndaş Birliyinin bəyanatında qeyd olunur.
Bəyanatda bildirilir ki, Tiranada keçirilmiş Avropa Siyasi Konfransından sonra Ermənistan rəhbərliyinin yeni məğlubiyyət yönümlü öhdəliklər götürdüyü aydın olub. Sənəddə, həmçinin, Qarabağın Azərbaycanın "Qərbi Azərbaycan" tezisi ilə eyniləşdirilməsinin, azərbaycanlıların Ermənistana yerləşdirilməsi planının əsaslandırılmasına xidmət etdiyi iddia olunur.
Təşkilat Ermənistan baş nazirini Azərbaycanın tələblərini qəbul etməkdə, o cümlədən müstəqillik aktından imtina etməkdə və yeni Konstitusiyaya hazırlaşmaqda ittiham edir. Bəyanatda Azərbaycanın Sünik bölgəsinə iddialarından, azərbaycanlıların "erməni kəndlərini atəşə tutmasından" və Bakıda aparılan "saxta məhkəmə proseslərindən" də narahatlıq ifadə olunub.
"Vətənin növbəti dəfə satılması cəhdi baş tutmayacaq. Biz düşmənə xidmət edən hakimiyyətin məsuliyyətə cəlb olunmasına sadiqik", - deyə bəyanatda qeyd olunur.